Bel ağrılarından əziyyət çəkənlər, MÜTLƏQ OXUYUN

10 Noyabr 2019 20:19

Bel ağrılarının bir neçə səbəbi ola bilər. Buna misal olaraq, stress və yorğunluğu göstərə bilərik.

Milli.Az bildirir ki, bel ağrılarından qurtulmaq üçün dincəlmək və masaj olunmaq ən optimal variantlardan hesab olunur.

Bel ağrılarınız bəhs etdiyimiz üsullarla keçmirsə, bel yırtığı və yaxud digər ciddi xəstəliklərdən şübhələnməyə əsas verir. El arasında "qrıja" dediyimiz fəqərəarası disk yırtığı diaqnozu zamanı xəstənin şikayətləri və həkim tərəfindən icra olunan nevroloji müayinə çox vacibdir.

Bel "qrıjası"nın əlamətləri

- Bel fəqərəsi disk yırtığı olan xəstələr ən çox bel, ayaq, bud və baldır ağrılarından gileylənirlər.

- Ayaqlarında uyuşma və keyləşmə, göynəmədən şikayət edirlər, yerişləri çətinləşir.

- Bu xəstələrin ayaqlarında - baldır əzələlərində qıcolmalar müşahidə edilir.

Bel yırtığının səbəbləri

İrsiyyətin də burada böyük rolu var. Buna səbəb əzələlərin zəif olmasıdır. Digər səbəblər arasında - ağır əşyaların qaldırılması və daşınması, qadınlarda hamiləlik və doğuş, güclü və uzunmüddətli öskürək, piylənmə, uzun müddətli oturaq rejim.

Bundan əlavə əməliyyatdan sonra çapıq yerində yırtıqlar da əmələ gələ bilər. Yol qəzası, ya da yüksəkdən yıxılma kimi ani məruz qalınan zərbələr zamanı da disk materialı cırıla bilər. Bəhs etdiyimiz patologiya kişilərdə qadınlardan daha tez-tez müşahidə olunur.

Ümumiyyətlə, bel yırtıqlarına ən çox orta yaşlılarda rast gəlinir. Ağır işlərdə iş və siqaret istifadəsi bel yırtığı yaranma ehtimalını artırır.

Müalicə üsulları

Bel fəqərəsi disk yırtıqlarında əsasən bir neçə müalicə taktikası var.

- Dərman müalicəsi

- Fizioterapiya

- Mikro cərrahiyələr

Əgər yuxarıda bəhs olunan simptomlar yüngül formada özünü göstərirsə, bitkilərlə müalicə üsulu ağrılarınıza bir qədər kömək edəcək. (publika.az)

Milli.Az