Ağ turp bu 3 xəstəliyi MÜALİCƏ EDİR

11 Noyabr 2019 00:45

Turp öskürək və bronxit zamanı yaxşı kömək edir - nəfəs yollarını təmizləyir, iltihabı azaldır, bəlğəmin çıxmasını asanlaşdırır

Ağ turp unikal müalicəvi və profilaktik xüsusiyyətlərə malikdir. Bunun səbəbi turpun zəngin kimyəvi tərkibidir.

Turp vitamin və minerallar, qidalı liflər, fitonsidlər, amin turşuları, fermentlərlə zəngindir.

Milli.Az xəbər verir ki, fitonsidlər turpa güclü mikrob, virus və iltihab əleyhinə təsir bəxş edir. Soyuq fəsillərdə turpun istehlakı soyuqdəymə və qripp xəstəliklərindən qoruyur, immun sistemini möhkəmləndirir.

Həll olunmayan qidalı liflərlə zəngin olduğundan ağ turp bağırsaqlar üçün çox faydalıdır - bağırsaqların fəaliyyətini yaxşılaşdırır, bağırsaqlara antiseptik təsir edir, qəbizliyin qarşısını alır, bağırsaq mikroflorasının yaxşılaşmasına kömək edir. (publika.az)

Milli.Az