La Liqa kubunda yeni baş məşqçi

5 Noyabr 2019 19:50

"Selta"nın yeni baş məşqçisi məlum olub.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, La Liqa təmsilçisinin "sükan"ı Oskar Qarsiyaya tapşırılıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 46 yaşlı mütəxəssislə mövsümün sonuna qədər müqavilə imzalanıb.

Baş məşqçi karyerası ərzində "Barselona"nın U-19 komandasını, "Uotford"u, "Sent Ettyen"i çalışdıran Qarsiyanın son iş yeri Yunanıstan "Olimpiakos"u olub.

"Selta" bir müddət əvvəl baş məşqçisi Fran Eskriba ilə yollarını ayırmışdı.

Milli.Az