İspaniyanın Air Europa aviaşirkətinin yeni sahibi məlum oldu

7 Noyabr 2019 21:40

"British Airways"in şəriki IAG İspaniyanın "Air Europa" aviaşirkətini satın alıb.

Milli.Az ted.az-a istinadən bildirir ki, bununla bağlı IAG "Globalia" şirkəti ilə 1,1 milyard dollarlıq müqavilə imzalayıb.

Qeyd edək ki, İspaniyanın keçmiş milli aviaşirkəti olan İberia və endirimli hava yolları operatoru Vueling hazırda IAG şirkətinin tərkibindədir.

IAG-ın icraçı direktoru Willie Walsh bildirib ki, "Air Europa"nın satın alınması ilə IAG-ın Avropa və Latın Amerika bazarlarında lider mövqeyi daha da güclənəcək.

Milli.Az