Hyundai hidrogenlə işləyən yük maşınını təqdim etdi

7 Noyabr 2019 22:10

Hyundai, Şimali Amerika Ticarət Vasitələri (NACV) Şousunda "Elektrikli Avtomobil 2030" vizyonu çərçivəsində iki konseptual avtomobil təqdim etdi. Avtomobil istehsalçısı hidrogenlə işləyən HDC-6 NEPTUNE Concept Class 8 ağır yük maşınını təqdim edib, istehsalçı Hyundai Translead Air Liquide ilə hazırlanmış ht Nitro Thermotech tanıtımını edib.

Milli.Az techland.az-a istinadən bildirir ki, avtomobil istehsalçısının 2030 barədə düşüncə və məqsədi, "karbon tükənmiş bir dünyada, sıfır emissiya edən avtomobillər istehsal etmək üçün hidrogenlə işləyən yanacaq hüceyrə texnologiyasının geniş yayılmasını əhatə etmək" şəklindədir.

2018-ci ilin dekabr ayında, avtomobil istehsalçısı, müxtəlif növ nəqliyyat vasitələrində hidrogen texnologiyasının inkişafı üçün 6,4 milyon dollar sərmayə qoymuşdu. Bu məqsədlə Hyundai ilk avtomobillərini elan etdi. Hyundai-nin bu təşəbbüsü, ticarət nəqliyyat vasitələri üçün "hidrogen ekosistemi" yaratmaq üçün onlara qoşulmaq istəyən potensial tərəfdaşlara qapı açır.

Şirkət tərəfindən təqdim edilən digər ekoloji təmiz vasitə HT Nitro ThermoTech qoşqusu olub. Bu qoşqu adi qoşqudan 90% daha az karbon yayır və kriogenik azot soyutma sistemindən istifadə edən ilk qoşqu nümunəsi olub.

Milli.Az