Bakıda Aİ ilə viza rejiminin sadələşdirilməsi məsələləri müzakirə olunacaq

5 Noyabr 2019 16:04

Azərbaycan-Avropa İttifaqı birgə komitəsinin növbəti iclasında viza rejiminin sadələşdirilməsi məsələləri müzakirə olunacaq.

Milli.Az xəbər verir ki, bunu Trend-ə Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin sosial-siyasi məsələlər və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Denis Daniilidis deyib.

O bildirib ki, iclas noyabrın 6-da Bakıda keçiriləcək.

Xatırladaq ki, Azərbaycan və Aİ sentyabr ayında readmissiya üzrə birgə komitənin iclasını keçirmişdi.

Milli.Az