Maşında intim münasibət zamanı bədbəxt hadisə - Qız öldü, oğlanı tutdular - FOTO

5 Noyabr 2019 15:18

İntim münasibət zamanı qadının boğulub ölməsinə səbəb olan şəxs saxlanılıb.

Milli.Az Foxnews-a istinadla xəbər verir ki, ABŞ-ın Nyu-Cersi ştatında yaşayan 21 yaşlı Michael Gaffney sevgilisi Francis Victoria Garcia-nın ölümündə ittiham olunur.

Ştatın Hakensak şəhərindəki parkinqlərin birində dayanmış avtomobildə huşsuz vəziyyətdə tapılan çılpaq qadını görənlər hadisə yerinə təcili tibbi yardım maşını çağırıblar. O, dərhal mərkəzi xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Onun ölümündə şühəli kimi sevgilisi saxlanılıb. Autopsiya cavabları nəticəsində oğlanın təqsirkar olduğu təsdiqlənib.

Belə ki, onlar avtomobildə cinsi əlaqədə olarkən qızın boynu zədələnib və oksigensizlikdən huşunu itirib.

İsmayıl
Milli.Az