ABŞ Paris İqlim Sazişindən çıxır

5 Noyabr 2019 13:29

ABŞ bir ildən sonra başa çatacaq Paris İqlim Sazişindən çıxmaq üçün rəsmi prosesə başlayıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Maykl Pompeo bildirib.

O qeyd edib ki, müqavilənin şərtlərinə əsasən, Birləşmiş Ştatlar BMT-yə çıxmaq barədə rəsmi bildiriş göndərib.

Pompeonun sözlərinə görə, ABŞ tullantıların azaldılması və qlobal tərəfdaşlara yardım təklif edərkən Amerika iqtisadiyyatını araşdırmaq, islahat və inkişaf etdirməyə davam edəcək.

Dövlət katibi qeyd edib ki, son 50 ildə ABŞ-da zərərli tullantıların miqdarı 74 faiz, 2005-2007-ci illər arasında istixana qazı tullantılarının miqdarı isə 13 faiz azalıb.

Xatırladaq ki, Paris İqlim Sazişi 2016-cı ilin noyabrında qüvvəyə minib. Sazişi 97 ölkə təsdiqləyib, 55 ölkə isə ratifikasiya edib.

Milli.Az