Ermənistanda polis əməkdaşları rüşvətə görə həbs ediliblər

5 Noyabr 2019 12:25

Yerevan polisinin iki əməkdaşı rüşvət ittihamı ilə həbs edilib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Ermənistan Polisinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, hüquq-mühafizə orqanlarına Yerevanın Erebuni polis şöbəsinin iki əməkdaşının vətəndaşdan problemin həlli müqabilində rüşvət tələb etməsi barədə məlumat daxil olub. Bundan sonra keçirilmiş əməliyyat zamanı hər iki polis əməkdaşı həbs edilib. 

Faktla bağlı cinayət işi başlanılıb.

Milli.Az