Bu xəbərləri yazmaq qadağan edilir - İranda YENİ QADAĞA

5 Noyabr 2019 12:03

İranda müttəhim şəxslərin etiraflarını yayan media nümayəndələri 6 aydan 3 ilədək həbs olunacaq.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu İran parlamentinin deputatı Mahmud Sadeqi "Twitter" səhifəsində bildirib.

M.Sadeqinin sözlərinə görə, bu gün İran parlamentinə müttəhimlərin etirafının yazılması və mediada yayılması ilə bağlı qadağa layihəsi daxil olub.

Deputat bildirib ki, layihə təsdiqlənərsə, belə məlumatları yayan KİV nümayəndələri həbsdən əlavə, müttəhimlərdən üzr istəməli də olacaqlar.

Milli.Az