İran təkzib etdi: İranda ABŞ-ın konsulluq xidmətləri şöbəsi açılmayacaq

4 Noyabr 2019 21:25

İran İsveçrənin Tehrandakı səfirliyində Birləşmiş Ştatların konsulluq xidmətləri şöbəsinin yaradılması ilə bağlı xəbəri təkzib edib.

Milli.Az Trend-ə istinadən bildirir ki, İranın Xarici İşlər Nazirliyinin sözçüsü Abbas Musəvi deyib ki, belə bir şöbə yaradılmayacaq.

Qeyd edək ki, xarici KİV-də yayılan məlumata görə, İran İsveçrənin Tehrandakı səfirliyində ABŞ-ın konsulluq xidmətləri şöbəsinin yaradılmasını istəyib.

Milli.Az