Milli Şura üzvünün əxlaqsızlığı - Şok səs yazısı - VİDEO

4 Noyabr 2019 19:12

Milli.Az bildirir ki, REAL Təhlil və İnformasiya Mərkəzində "Mir Şahinin vaxtı" verilişində Milli Şuranın olduqca vacib və mühüm bir nümayəndəsi Vidadi Mirkamal haqda bir sıra məqamlara toxunulub: 

"Diqqətli tamaşaçılar yəqin ki, fikir veriblər: güruh bir qayda olaraq qeyri siyasi mövzularla ortaya çıxır. Özünü Milli Şura adlandıran qurumun ön daşıyıcısı Gülətkin Hacıbəylinin qaynanası, Gültəkinin dostu və ən yaxın silahdaşı Fuad Qəhrəmanlının qısqanclıq zəminində dağılan ailəsinin problemi qaragüruhun başının əslində daha lirik-sentimental qayğılara qatışdığının sübutudur. Siyasətlə boş vaxtlarında elə belə dilxoşluqçün məşğul olanların daha ciddi hədəfləri var. Yazıq qara kütlə də elə bilir ki, Milli Şura oturub onların problemlərini həll etmək üçün baş sındırır. Mətləbə keçməzdən əvvəl bir xırda xatırlatma. Əli Kərimlinin ünvanına Fuad Qəhrəmanlının ailəsi müraciət etmişdi, yadınızdadı? Əli Kərimliyə şikayət edilirdi ki, Fuad uşaqlarını və uşaqlarınını anasını döyür... Əli Kərimli də qınanırdı ki, belə bir şiddət adamını sağ tərəfində saxlayır. Əli Kərmli də özüməxsus şəkildə ağsaqqallıq etmişdi. Necə ağsaqqallıq etdiyi də yadınızda olar. Deyəsən demişdi ki. dözməlisən, çarəsi budur. Ya da təxminən belə demişdi. İndi ona başqa bir şəxs şikayət məktubu yazıb. Və məktubun bir surətini də mənə göndərib. Onun başı tikişə qarışdığından yəqin ki, oxumayıb. Ona görə də Əli Kərimlidən xahiş edəcəm ki, diqqətlə qulaq assın. Amma bir az sonra. Əvvəlcə gəlin Milli Şuranın olduqca vacib və mühüm bir nümayəndəsilə tanış olaq. Vidadi Mirkamal. Təqdimatına görə ədliyyə generalıdır. Ola bilsin ki, özünü gələcəkdə ya ədliyyə naziri, ya baş prokuror yerində gürür. Görürdü. Görərdi..."

Mirşahin Ağayev sözügedən verlişdə V.Mirkamalın başqa bir qadınla votsap yazışmasını efirdə təqdim edib. M.Ağayev bildirib ki, V.Mirkamal evli bir qadınla münasibət quraraq öz xanımına xəyanət edib.

Ərtaflı videosüjetdə:

Milli.Az