İrandan şok qərar: İraqa səfərlər dayandırıldı

4 Noyabr 2019 21:04

Tehran İraqdakı kütləvi etirazların İrana sıçraması qorxusundan qorxaraq İraqa bütün ziyarət səfərlərini dayandırmağa qərar verib.

Milli.Az Aznyus.tv-yə istinadla xəbər verir ki, bu haqda qərar Tehranın İraqla sərhədi bağladıqdan sonra qəbul edilib.

İranın Xarici İşlər Nazirliyi də bəyanat yayaraq, iranlıları İraqa getməməyə çağırıb:

"Bizim üçün əsas prioritet zəvvarların təhlükəsizliyinin təmin edilməsidir; bu səbəblə və Ərbəin ziyarətindən bir neçə gün sonra və İraqdakı mövcud vəziyyəti nəzərə alaraq, biz öz əməkdaşlarımızı müqəddəs ziyarət məkanlarına göndərmirik və İraqdakı bütün iranlı əməkdaşlar ölkəyə qayıdıb.

"Hazırda zəvvarların İraqa səfəri üçün lazımi təhlükəsizlik şəraiti mövcud deyil, Həcc və Ziyarət Təşkilatı bütün həcc karvanlarının müqəddəs ziyarət məkanlarına səfərlərinin bu haqda məlumat verilənədək dayandırılması ilə bağlı göstərik verib və ötən həftənin sonları rəsmi məktubla, ziyarət karvanlarının İraqın müqəddəs ziyarətgahlarına səfərlərinin ləğvinə çağırıb".

Milli.Az