Tramp Rusiya ilə münasibətlərini "çox yaxşı" adlandırıb

4 Noyabr 2019 09:25

ABŞ prezidenti Donald Tramp Rusiya ilə münasibətlərini "çox yaxşı" adlandırıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə D.Tramp Ağ Evdə jurnalistlərə açıqlamasında deyib.

Amerikalı lideri qeyd edib ki, onun Ukrayna və Çin ilə də münasibətləri "çox yaxşıdır": "İnsanlar anlamır ki, mən (digər ölkələrlə) yaxşı yola getməyi bacarıram".

Milli.Az