Canavar sürüsü Xınalığa hücum etdi

3 Noyabr 2019 18:18

Qubada yağan güclü qardan sonra canavar sürüsü kəndə girib. Sürü halında dolaşan canavarlar Quba rayonun Xınalıq kəndin yaxınlığında müşahidə edilib. 

Milli.Az bildirir ki, kənd sakinlərinin oxu.az-a dediklərinə görə, qar yağandan sonra ətrafda çox sayda canavar dolaşmağa başlayıb. 

Sürüdə qurdların sayı 7-8, bəzən isə daha çox olub.  

Kənd camaatı ayıq-sayıq olduğundan hələ ki, sakinlərə heç bir ziyan dəyməyib. 

Amma onların kənd üçün təhlükəli olduğu məlum məsələdir.  

Sakinlər bildirib ki, canavarların vurulması qadağan olduğundan yırtıcıları tüfənglə vurmağa çəkinirlər. 

Milli.Az