Rasimlə Elşad paxlava satıb və İŞİD-ə hərbi ləvazimat göndərib - Əsl məqsədləri nə idi?

2 Noyabr 2019 16:03

Moskva hərbi məhkəməsi iki Azərbaycan vətəndaşını İŞİD-i hərbi ləvazimatla təchiz etməkdə təqsirli bilib və hərəsini 6 il həbs cəzasına məhkum edib.

Milli.Az virtualaz.org-a istinadən bildirir ki, bu şəxslər Moskvada paxlava sexi işlədib pul qazanırdılar.

"Kommersant"ın bildirdiyinə görə, paxlava sexinin sahibləri Rasim Baxşıyevə və Elşad Yaqubova 2016-cı ildə Türkiyədəki tanışları Suriyada İŞİD yaraqlıları üçün ov tüfəngi teplovizoru, niangahlar, binokllar və monokulyarlar almağı təklif edib. 2017-ci ilə qədər Baxşıyev və Yaqubov həmin tanışlarına Moskvanın ov ləvazimatları mağazalarından 30 milyon rubl dəyərində ləvazimatlar alıb göndəriblər. Həmin ləvazimatların təchiatı üçün hərbi-texniki əməkdaşlıq üzrə Federal Xidmətin lisenziyası gərək deyil.

2017-ci ildə Rusiya hərbçiləri Suriyada teplovizorların bir partiyasını ələ keçiriblər. Həmin avadanlıqlar arasında hədəfi bir kilometr məsafədən aşkar edib vurmağa imkan verən qurğu da yer alırdı. Həmin qurğunu İŞİD yaraqlıları istifadə edib. Federal Təhlükəsizlik Xidmətinin hərbi əks kəşfiyyat bölməsinin əməkdaşları həmin qurğuların hansı mağazadan alındığını müəyyən edib, ticarət nöqtələrində qoyulmuş telefon nömrələri əsasənda Baxşıyevin və Yaqubovun izinə düşüb. Onlar yaxalanıblar və terrorçuluğun maliyyələşdirilməsi ittihamı ilə həbs olunublar.

İttiham edilənlər istintaqla əməkdaşlığa gediblər. Vəkillərin sözlərinə görə, Baxşıyev və Yaqubov teplovizorların və monokulyarların Türkiyədən Suriyaya, yaraqlılara göndəriləcəyini bilməyiblər. Onların tanışları əmin ediblər ki, ittiham edilənlər siyasi, dini mövzulardan uzaqdırlar və İŞİD-ə qoşulmayıblar. "Sadəcə olaraq ailələrini dolandırmaq üçün pul qazanamağa çalışıblar",-o bildirib.

Fiqurantları 15 ilə qədər həbs gözləsə də məhkəmə onların barəsində yumşaq cəza kəsib-hərəsinə 6 il həbs verib. Ali məhkəmə apellyasiya şikayətini rədd edərək belə qənaətə gəlib ki, aşağı instansiya Baxşıyevlə Yaqubova onsuz da yumşaq cəza kəsib.

Milli.Az