ABŞ: İŞİD-in yeni liderini araşdırırıq

2 Noyabr 2019 15:19

İŞİD tərəfindən elan edilən yeni lider barədə məlumat toplamağa çalışırıq.

Mill.Az axar.az-a istinadən xəbər verir ki, bu açıqlama ilə ABŞ Dövlət Katibliyinin Terrorla Mübarizə üzrə koordinatoru Natan Sales çıxış edib.

"Təşkilatın yeni liderinin rolunu və haradan gəldiyini araşdırırıq. Mənim açıq şəkildə deyəcəyim bir şey yoxdur", - bildirib.

Qeyd edək ki, ötən gün ABŞ Prezidenti Donald Tramp açıqlamasında İŞİD-in yeni liderinin kim olduğunu bildiklərini bəyan edib.

Milli.Az