Tanınmış müğənni məşhur aktyorun qardaşı qızı imiş - 12 il sonra edilən etiraf - FOTO

2 Noyabr 2019 13:45

Türkiyənin qalmaqallı müğənnisi Ebru Polat açıqlaması ilə gündəmə gəlib.

Milli.Az haberler-ə istinadla xəbər verir ki, ifaçı Kadir İnanırla bağlı etiraf edib. Türkiyənin D kanalından yayımlanan "2-ci sayfa" verilişinə qatılan müğənni Kadir İnanırın doğma əmisi olduğunu söyləyib.

"Nənəm babamla münasibətləri korlandığı üçün 3 övladını uşaq evinə atıb. Vəziyyəti yaxşılaşdıqdan sonra övladlarını uşaq evindən çıxartmaq istəyərkən onlardan birinin övladlığa götürüldüyünü açıqlayıb. Kadir İnanır atama çox bənzəyir. Nənəm məni "Kadir İnanır sənin əmindir" sözüylə böyüdüb", - ifaçı bu etirafı ilk dəfə, 12 il sonra etdiyini açıqlayıb.

İsmayıl
Milli.Az