Heydər Əliyev aeroportu adi rejimdə işini davam etdirir

2 Noyabr 2019 13:13

"Bakıda və Abşeron yarımadasında güclü küləyə baxmayaraq Heydər Əliyev Beynəlxalq Hava Limanı adi rejimdə işini davam etdirir".

Milli.Az xəbər verir ki, bunu Trend-ə "Azərbaycan Hava Yolları" (AZAL) QSC-nin mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski deyib.

O bildirib ki, iş qrafikə uyğun davam edir, uçuş cədvəlində heç bir dəyişiklik yoxdur.

Milli.Az