Səkkizinci Volkswagen Golf sonuncu olmayacaq

9 Noyabr 2019 19:01

Bizim insanlar avtomobili almamışdan öncə onu necə satacaqlarını düşündüyü kimi, mühəndislər də çoxsaylı emosiya və güc sərf etdikləri yeni modeli təqdim etdikdən sonra onun növbəti nəsli üzərində düşünməyə başlayırlar. Yalnız istehslakçı bu barədə bilmir. Bu günlərdə səkkizinci nəsil Golf modelini təqdim etmiş Volkswagen şirkəti onun doqquzuncu nəsli barədə planlarını açıqlayıb.

Yeni nəsil VW Golf modelinin yeni mütərəqqi texnologiyaları ilə tanış olduğumuz bir vaxtda, alman istehsalçısı modelin 7-10 ildən sonrakı taleyi barədə məlumat verib. Alman markasının total elektrikləşdirməyə istiqamət götürdüyünə baxmayaraq, doqquzuncu nəsil Golf modeli ənənəvi daxili yanma mühərriki ilə təchiz ediləcəkdir.

Şirkət daxilindəki mənbənin bildirdiyinə görə, istənilən halda 2030-cu ilə qədər model xəttinin tam elektrikləşdirmək mümkün olmayacaqdır. Konsernin rəhbərliyi bu məsələdə o qədər də optimist deyil. Bu səbəbdən də, 2027-2029-cu illərdə işıq üzü görəcək Golf Mk9 adi mühərriklərsiz keçinməyəcəkdir.

Milli.Az