Spektr filminin superkarlarından biri satışa çıxarılıb - FOTO

9 Noyabr 2019 20:30

Sotheby's hərrac evinin Əbu-Dabidə keçirəcəyi hərracda Ceyms Bond haqqında çəkilmiş "007: Spektr" filmində iştirak etmiş Jaguar C-X75 superkarı satışa çıxarılacaqdır. Bu supercar filmin çəkilişləri üçün xüsusi olaraq Williams Advanced Engineering firması tərəfindən hazırlanmış dörd avtomobildən biridir. Superkarı təqib səhnələrində aktyorları iri planda çəkilmək üçün istifadə ediblər.

Milli.Az autograph.az-a istinadən bildirir ki, 2010-cu ildə Paris avtosalonunda debüt etmiş Jaguar C-X75 konsepti Formula 1 çempionatında iştirak edən Williams F1 komandası ilə birlikdə yaradılıbdır. Superkar dörd elektromotor və iki dizel mikroturbinindən ibarət olan hibrid güc qurğusu ilə təchiz edilmişdir. Güc aqreqatının hasilatı 791 at qüvvəsi və 1600 Nm fırlanma anı təşkil edir. Sonradan hazırlanmış prototip kompressor və turbokompressorla təchiz edilmiş 1,6-litrlik dörd silindrli mühərrik və iki elektromotorla təchiz edilib. Güc aqreqatı ümumilikdə 900 at qüvvəsi hasil edib. Yerindən 100 km/saat həddinə superkar üç saniyədən az müddətə sürətlənirdi. Onun maksimal sürəti 350 km/saat təşkil edirdi.

Filmdə iştirak edən avtomobil konseptə bənzəsə də, texniki cəhətdən ondan ciddi şəkildə fərqlənir. Avtomobil WRC spesifikasiyasına əsas inşa edilən məkanvari ramaya malikdir. Onun mühərriki isə 550 at qüvvəli 5,0-litrlik kompressorlu V8 mühərrikdir.

"007:Spektr" filminin çəkişləri üçün Jaguar Land Rover şirkəti 22 avtomobil təqdim edib. Bunlardan yeddisi Jaguar C-X75, dördü Range Rover Sport SVR, on Land Rover Defender və bir Discovery Spot modeli olub. Hər halda bu nadir avtomobili almağa dəyər.

Milli.Az