Mazda CX-9 krossoverini yüngülcə yeniləyib

9 Noyabr 2019 23:58

Mazda şirkəti yenilənmiş CX-9 krossoverini təqdim edib. Lakin, bu yeniliklər geniş xarakter daşımır. İlk növbədə avtomobilin yolsuzluq imkanları genişlənidirlib -krossover Off-road Traction Assist sisteminə sahib olub. Yeni sistem təkərlərarası differensialın fəaliyyətini imitasiya edərək, təkərləri fərdi olaraq dayandıracaqdır. Yapon şirkətinin mühəndisləri yeni sistemin yolsuzluqda sürücüyə yardım edəcəyini bildiriblər.

Bundan başqa, 2,5-litrlik Skyactiv-G turbomühərrikinin fırlanma anı 420 Nm-dən 434 Nm-ə qədər artırılıb. Super benzinindən istifadə halında mühərrikin gücü 254 qüvvəsi təşkil edəcəkdir. Opsiyalar siyahısında baqaj qapağının toxunuşsuz açılması funksiyası peyda olub. Nəhayət, ikinci cərgənin üç nəfərlik divanını iki fərdi kreslo ilə əvəzləmək də olar.

Yenilənmiş Mazda CX-9 krossoveri hələlik yalnız ABŞ bazarında təklif edilir. Sonradan, Mazda şirkəti  yenilənmiş modeli digər bazarlarda da satmağa başalayacaqdır.

Milli.Az