Futbol üzrə Azərbaycan Premyer Liqasında 10-cu turun oyunları keçirilir.
Milli.Az sport24.az-a istinadən xəbər verir ki, ikinci oyun günündə də bir görüş baş tutacaq.
Bu dəfə iki paytaxt təmsilçisi - "Səbail" və "Keşlə" klubları üz-üzə gələcək. İlk dövrədə baş tutan oyunda bu rəqibinə 1:2 hesabıyla uduzan "Keşlə" həmin məğlubiyyətin qisasını almağa çalışacaq. "Səbail" isə növbəti dəfə bu uğurunu təkrarlamaq üçün meydana çıxacaq.
Xatırladaq ki, turun açılış matçında lider "Qarabağ" səfərdə "Neftçi" ilə qolsuz heç-heçəyə razılaşıb. Tura sabah keçiriləcək "Qəbələ" - "Sabah" və "Zirə" - "Sumqayıt" oyunları ilə yekun vurulacaq.
Azərbaycan Premyer Liqası
10-cu tur
2 noyabr
"Səbail" - "Keşlə"
Hakimlər: Rəvan Həmzəzadə, Rza Məmmədov, Cəmil Quliyev, Fərid Hacıyev.
"ASCO Arena", 16:00.
Milli.Az