ABŞ Dövlət Departamentinin xüsusi nümayəndəsi Azərbaycanda səfərdədir

14 Noyabr 2011 14:40
ABŞ Dövlət Departamentinin Avrasiya enerji məsələləri üzrə xüsusi nümayəndəsi Riçard Morninqstar Azərbaycanda səfərdədir. Trend-in məlumatına görə, bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyinin məlumatında deyilir.

Sonuncu dəfə Morninqstar iyunda Bakıda keçirilən "Caspian Oil and Gas" - 18-ci Beynəlxalq Xəzər Neft və Qaz, Neft Emalı və Neft Kimyası sərgi və konfransına gəlib.

Milli.Az