CAT firması NFC ilə qorunan incə smartfonu təqdim etdi

5 Noyabr 2019 21:50

CAT şirkəti yeni S52 qorunan modeli ilə smartfon xəttini doldurub. Bu smartfon MİL SPEC-810G və IP68 standartına görə müdafiə alıb.

Milli.Az ted.az-a istinadən bildirir ki, cihaz yerə düşməkdən, tozdan və suda batmaqdan qorxmur. Eyni zamanda, istehsalçılar CAT S52-ni kifayət qədər kompakt və incə yaratmağa müvəffəq olublar.

Onun qalınlığı cəmi 9,7 mm, hündürlüyü 158 mm, eni isə 76,6 mm - dir. Çəkisi 210 qram təşkil edir. Smartfonun çərçivəsində rezin örtüklərdən istifadə olunmadığı üçün o kifayət qədər yığcam alınıb.

Qorunan yeniliyin HD + göstərici ilə 5,65 düym diaqonalında ekranı var. Onu Gorilla Glass 6 şüşəsi örtür. Smartfonun əsasını MediaTek Helio P35 platforması təşkil edir. 4 GB RAM, 64 GB flash yaddaş istifadə olunur.

Yenilikdə microSD formatlı yaddaş kartları üçün də dəstək var. S52 - də batareya müasir standartlara görə kiçik - 3 100 mAs-dır.

Cihazın arxa tərəfində 12 Mp (Diafraqma F/1.8) sensoru olan kamera quraşdırılıb. Ön modul 8 Mp-dir. Arxa paneldə barmaq izi skaneri yerləşir, həmçinin smartfonda NFC, USB-C və standart qulaqlıqlar üçün konnektor var.

Yenilik 500 avroya satılacaq ki, bu da belə xüsusiyyətləri olan smartfonlar üçün əlbəttə bahalıdır, lakin burada CAT-ın heç vaxt ucuz smartfonlar istehsal etmədiyini nəzərə almaq lazımdır.

Milli.Az