GM bazara yeni dəbli Baojun RS-3 krossoverini çıxarıb

5 Noyabr 2019 22:40

Çində GM və SAIC şirkətlərinin mütəxəssisləri tərəfindən hazırlanmış yeni ucuz krossoverin satışına başlanıb.

Milli.Az ted.az-a istinadən bildirir ki, avtomobil Baojun RS-3 adını alıb. Xatırladaq ki, Baojun şirkəti yalnız Çin bazarında avtomobillərin buraxılması üçün qeydiyyatdan keçib. Krossoverin yeniliyi Chevrolet Trax platformasında yerinə yetirilib. Kapotun altında 105 at gücündə olan 1,5 litrlik benzin mühərriki quraşdırılıb. Alıcılar mexaniki transmissiya və ya variatorla avtomobil seçə biləcəklər.

Bundan əlavə, gələcəkdə istehsalçı həmçinin 131 at gücünə malik 1,2 litr atmosfer mühərriki ilə təkmilləşdirilmiş modifikasiya təqdim etməyi planlaşdırırlar.

Milli.Az