Qapaqlı yeni Motorola RAZR smartfonunun fotoları təqdim edildi

5 Noyabr 2019 08:55

Məşhur insayder Evan Blass 13 noyabr tarixində təqdim olunacaq qapaqlı Motorola RAZR smartfon modelinin press render fotolarını təqdim etdi. Həmin fotolar vasitəsilə smartfonun xarici görünüşünü qiymətləndirmək olar.

Milli.Az technote.az-a istinadən bildirir ki, fotoların keyfiyyətlərindən güman etmək olar ki, onlar rəsmi marketinq materiallarına aiddirlər. Yeni model xarici görünüşcə həqiqətən də bir vaxtlar məşhur olmuş köhnə Motorola RAZR modelinə bənzəyir.

    Smartfonun aşağısında gözlənilən qalın hissə, yuxarı hissəsində isə bir ədəd kamera yerləşdirilib. Qeyd etmək lazımdır ki, barmaq izi skanı texnologiyası da aşağıdakı həmin qalın hissəyə inteqrasiya ediləcək. Köhnə Motorola RAZR-dan fərqli olaraq yeni modelin daxilində fiziki klaviatura yoxdur. Bu dəfə onu sensorlu ekran əvəz edib. Təqdim edilmiş fotolardan görmək olar ki, smartfon qapağının xaricində əlavə ekran hissəsi yerləşdirilib. Həmin ekran bildirişlər üçün nəzərdə tutulub.

Milli.Az