Məşhur aktyor "Kadın"da

1 Noyabr 2019 17:54

Üç mövsümdür reytinqlərdə yer almağı bacaran "Kadın" serialına yeni aktyor gəlib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, ekran işindən bu mövsüm Bennu Yıldırımlar və Caner Cindoruk ayrılıb.

Onların yerinə "Kadın"a Hümeyra gətirilib. İndi isə ekran işinə Hakan Kurtaş gəlib. O, serialın 70-ci bölümündən tamaşaçıların qarşısına çıxacaq.

Qeyd edək ki, Kurtaş son dəfə Kıvanç Tatlıtuğ ilə Elçin Sangunun baş rolda çəkildiyi "Çarpışma"da rol almışdı.

Milli.Az