İlk dəfə metroya minən aktrisanı ələ saldılar

1 Noyabr 2019 10:04

Türkiyəli aktrisa və müğənni Yeliz Yeşilmen ilk dəfə metroya mindiyi anları sosial mediada paylaşıb.

Milli.Az axşam.az-a istinadən bildirir ki, o, qapalı yerdə qalma qorxusu olduğunu dilə gətirib. Foto paylaşaraq, "Çox qorxuram, əlim-ayağım titrəyir. İlk dəfədir ki, metroya minirəm. Çox sürətlidir" deyə, yazan sənətçini izləyicilər ələ salıb.

"Elə bil balta görməyən meşəyə girib. Hamımız demək olar ki, hər gün metroya minirik. Burda nə var ki?" deyə, sosial şəbəkə istifadəçiləri yazıblar.

Milli.Az