İŞİD Bağdadinin öldürülməsini təsdiqlədi - "Varisi"nin adı açıqlandı

31 Oktyabr 2019 20:59

İŞİD terror təşkilatı qruplaşmanın lideri Əbu Bəkr əl-Bağdadinin öldürülməsi haqqında məlumatları təsdiqləyib.

Milli.Az Trend-ə istinadən bildirir ki, Abi İbrahim əl-Haşimi əl-Kuraşi İŞİD-in yeni lideri təyin edilib.

Qeyd edək ki, oktyabrın 27-də ABŞ Prezidenti Donald Tramp Əbu Bəkr əl-Bağdadinin Suriyada xüsusi əməliyyat zamanı öldürüldüyünü bildirmişdi.

Milli.Az