Mən özümə görə heç nədən qorxmuram. İndi məsuliyyətsiz populistlərin ölkəmiz üçün dağıdıcı siyasətindən qorxuram.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu sözləri Ermənistanın keçmiş Prezidenti Serj Sarkisyan Yerevanda Andranik Markaryan siyasi məktəbində məzunlardan birinin sualını cavablandırarkən deyib.
"Əgər mənim həbsimlə xalqımız razı və xoşbəxt olacaqsa, 1 mart hadisələrinin (2008-ci ildə prezident seçkilərindən sonra baş vermiş kütləvi iğtişaşlarda 10 nəfər ölüb) üstü açılacaqsa, 27 oktyabr insidenti (1999-cu ildə Errmənistan parlamentində terakt) tam aydınlanacaqsa, ölkəmizə qarşı təhdidlər zərərsizləşdiriləcəksə, Qarabağla bağlı danışıqlar düzgün istiqamətə qayıdacaqsa, qoy məni həbs etsinlər".
Qeyd edək ki, S. Sarkisyan 1 mart hadisələrinin təşkilində ittiham edilir. O, artıq bir neçə dəfə Xüsusi İstintaq Xidmətində dindirilib.
Milli.Az