Dünyanın ilk 108 MP kameralı telefonu Xiaomi MI CC9 Pro

2 Noyabr 2019 21:10

Çinli texnologiya nəhəngi Xiaomi, 2019-cu ildə ən çox danışılan şirkətlərdən birinə çevrildi. 2019-cu ildə şirkət yüksək səviyyəli xüsusiyyətləri və bəzən münasib qiymətləri ilə diqqəti cəlb edən bir neçə smartfon modelini istifadəyə verdi. Şirkətin qiymət siyasəti yüksək funksiyalara sahib olan modellərin münasib qiymətlərlə satılması səbəbilə istehlakçılar üçün böyük bir maraq yaradır.

Milli.Az techland.az-a istinadən bildirir ki, indi isə Xiaomi-nin uzun müddətdir üzərində işlədiyi telefonla əlaqəli yeni xəbər var. Haqqında danışacağımız telefon, dünyada ilk dəfə istifadə ediləcək olan 108 meqapiksellik Samsung ISOCELL Bright HMX sensoruna sahib "Mi CC9 Pro" modelidir. Əslində, 108 meqapiksellik kamera sensoru şirkətin bu yaxınlarda elan etdiyi Mi Mix Alpha-da da istifadə olunur, lakin Mi Mix9 Alpha-dan əvvəl Mi CC9 Pro bazara daxil ediləcək.

Samsungun 108 meqapiksellik sensoru, smartfon sənayesində yeni bir səhifə açacaq. Bunun səbəbi isə indiyə qədər istehsal olunan sensorların heç birinin ISOCELL Bright HMX-in təklif etdiyi funksiyaları istifadəyə verməməsidir. Belə ki, sensorların klonlaşdırılması nəticəsində daha parlaq və daha canlı görüntülər yarada bilər. Bundan əlavə, bu sensor hətta az işıqda da mükəmməl işləyə bilən-"Tetracell" adlı texnologiyaya sahibdir.

Milli.Az