Daha bir Çin şirkəti ekranı 3 dəfə qatlana bilən telefon hazırlayıb

2 Noyabr 2019 22:15

Cənubi Koreyanın "Samsung" və Çinin "Huawei" şirkətinin ardınca daha bir Çin şirkəti ekranı qatlana bilən mobil telefon hazırlayıb.

Milli.Az chip.az-a istinadən bildirir ki, söhbət TCL şirkətindən gedir.

Onun ərsəyə gətirdiyi 10 düymlük ekranlı mobil cihazın ekranı 3 dəfə qatlana bilir. Yeni modelin digər texniki xüsusiyyətləri və bazara nə vaxt çıxarılacağı açıqlanmayıb.

Milli.Az