2020-ci ildə smartfonlar daha sürətli matrislərlə təchiz ediləcək

2 Noyabr 2019 08:35

Dünyada beşinci nəsil (5G) texnologiyasının genişmiqyaslı istifadəyə verilməsindən sonra smartfonlar daha sürətli matrislərlə təchiz ediləcək. Bu haqda Tayvanın "DigiTimes" məlumat portalının analitikləri yazıb.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, analitiklərin sözlərinə görə, indi əksər smartfonlar yeniləmə sürəti 60 hers olan displeylərlə təchiz olunub. 2020-ci ildə bu göstərici 90 və ya hətta 120 hersədək yüksələcək ki, bu da istifadəçilərin mobil cihazları ilə qarşılıqlı əlaqə təcrübəsini xeyli yaxşılaşdırmalıdır.

"5G" texnologiyası əvvəlki nəsil mobil şəbəkələrlə müqayisədə daha yüksək məlumat ötürmə sürəti təqdim edir.

Ekranın yeniləmə tezliyi şəklin saniyədə mümkün dəyişikliklərinin sayını əks etdirir. Yəni 60 hers o deməkdir ki, ekranda göstərilən şəkil saniyədə 60 dəfə yenilənir.

Smartfon bazarında 120 hers tezliyi dəstəkləyən yalnız bir neçə smartfon var. Məsələn, "Sharp Aquos Zeta" modeli.

Milli.Az