“WhatsApp” casus proqramının yaradıcılarını məhkəməyə verəcək

2 Noyabr 2019 08:01

"WhatsApp" İsrailin "NSO Group" şirkəti tərəfindən hazırlanmış "Pegasus" casus proqramının yaradıcılarını məhkəməyə verəcək. Bu haqda "Financial Times" nəşri yazıb.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, məlumata görə, sözügedən proqramın köməyi ilə ən azı 100 jurnalist, dissident və hüquq müdafiəçisinin smartfonuna müdaxilə edilib.

"Pegasus" casus proqramının smartfona quraşdırılmasından qorunmaq mümkün deyil: hətta qəbul edilməmiş mesaj və zənglər qurğunu yoluxdurmağa imkan verir.

Bu halda cinayətkarlar qurğudakı bütün mesaj və elektron poçta giriş imkanı əldə edir və bütün danışıqları yaza bilərlər.

Milli.Az