ABŞ əl-Bağdadinin öldürülmə anının görüntülərini yaydı - VİDEO

31 Oktyabr 2019 11:04

Pentaqon Suriyada keçirilmiş əməliyyat zamanı məhv edilən İŞİD lideri Əbubəkr əl-Bağdadinin öldürülmə anının videosunu yayımlayıb.

Milli.Az interaz-a istinadla bildirir ki, ABŞ-ın iddiasına görə, terrorçu videoda göstərilən balaca binada olub. Kadrlarda binaya hər iki tərəfdən insanların yaxınlaşdığı görünür.

"Burada biz obyekt görürük... harada ki, Bağdadi gizlənmişdi. Daha əvvəl qeyd etdiyim kimi, bu təcrid olunmuş obyekt Suriyanın şimal-qərbində İdlib əyalətində yerləşirdi", - ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının rəhbəri general Kennet Makkenzi deyib.

Generalın sözlərinə görə, DNT analizi tam dəqiqliyi ilə öldürülən şəxsin məhz əl-Bağdadi olduğunu təsdiqləyib. Pentaqon nümayəndəsi qeyd edib ki, İŞİD lideri özünü və iki uşağını partladıb. O, Əl-Bağdadinin cəsədinin dənizə atıldığını vurğulayıb.

Milli.Az