Trampın montajlanmış FOTOsunun əsli ortaya çıxdı

31 Oktyabr 2019 09:28

Xəbər verdiyimiz kimi, ABŞ prezidenti Donald Tramp İŞİD lideri Əbubəkr əl-Bağdadinin öldürülməsi əməliyyatında iştirak edən iti mükafatlandıraraq, onun montajlanmış fotosunu Tvitter hesabında paylaşıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bir qədər sonra sözügedən fotonun əsli üzə çıxıb. Məlum olub ki, həmin fotoda itlə əvəzlənən Vyetnam qazilərindən biri imiş. Fotonun əsli Trampın qazinin boynuna medal taxdığı an çəkilib.

Həqiqi şəklin ortaya çıxması sosial şəbəkədə müzakirəyə səbəb olub.

Milli.Az