"Kiralık Aşk"ın Öməri evlənir

30 Oktyabr 2019 19:04

Barış Arduçun 5 illik sevgilisi aktrisa Gupse Özay jurnalistlərin evliliklə bağlı suallarını cavablandırıb.

Milli.Az ölkə.az-a istinadən bildirir ki, aktrisa mediaya açıqlama verərək, ''Barışla evlənməyi düşünürük, lakin işlərimizin çoxluğundan vaxt tapa bilmirik. Hər ikimiz üçün də uyğun olan tarixi, hələ ki, tapa bilmirik. Tezliklə həmin tarix bilinəcək" sözlərini deyib.

Qeyd edək ki, aktyor Barış Arduç ''Kiralık Aşk'' serialı ilə məşhurlaşıb.

Milli.Az