Qəbələdə maşın ağaca çırpıldı: 2 nəfər öldü - YENİLƏNİB - ADLAR

30 Oktyabr 2019 10:43

10:43

Qəbələdə baş verən yol qəzasında ölən şəxslərin kimliyi müəyyənləşib.

Milli.Az APA-ya istinadən bildirir ki, gecə 01:30 radələrində rayonun Mirzəbəyli kəndində, kənd sakini, 1988-ci il təvəllüdlü Hidayət Abdullayevin idarə etdiyi "VAZ 2106" markalı avtomobil yoldan çıxaraq ağaca çırpılıb. Nəticədə sürücü və onun sərnişini, 1996-cı il təvəllüdlü Sərxan Abdullayev hadisə yerində ölüblər.

Faktla bağlı cinayət işi başlanılıb.

---------
10:19

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olan məlumata əsasən, Qəbələ rayonunun Mirzəbəyli kəndində "VAZ" markalı minik avtomobili yol kənarındakı ağaca çırpılıb.

Fövqəladə Hallar Nazirliyindən (FHN) Milli.Az-a verilən məlumata görə, hadisə yerinə cəlb olunan Şimal-qərb Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri 2 nəfərin meyitini (şəxsiyyətləri dəqiqləşdirilir) deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Milli.Az