Tramp açıqladı: İŞİD-in yeni lideri də öldürüldü

29 Oktyabr 2019 19:24

ABŞ Prezidenti Donald Tramp İŞİD lideri Əbubəkr Bağdadinin yerinə keçəcək şəxsin də zərərsizləşdirildiyini açıqlayıb.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Tramp Tvitter hesabında yazıb.

"Bağdadinin yerinə keçəcəyi ehtimal olunan bir nömrəli şəxs ABŞ hərbçiləri tərəfindən zərərsizləşdirildi. Böyük ehtimalla qruplaşmanın yeni lideri olacaqdı. Artıq o da öldü", - Tramp bildirib.

Qeyd edək ki, ötən həftə sonu ABŞ xüsusi təyinatlılarının Türkiyə-Suriya sərhdi yaxınlığındakı Barişa kəndində həyata keçirdikləri əməliyyat nəticəsində öldürülüb. Bağdadinin öldürülməsindən sonra İŞİD terror qruplaşması Hacı Abdullah əl-Afari ləqəbli terrorçu Abdullah Qardaşı yeni lider seçmişdi.

Milli.Az