İranlı qadın məmurun geyimi etiraz yaratdı - FOTO

29 Oktyabr 2019 20:24

İran Prezidenti Həsən Ruhaninin müavini olan Laya Cüneydinin geyimi etiraz yaradıb.

Milli.Az Teleqraf.com-a istinadən xəbər verir ki, Yaponiyaya səfər edən xanım Cüneydinin geyimi "İslam Respublikasının prinsip və qaydalarına zidd" adlandırılıb.

Məqalədə qeyd edilib ki, prezident müavininin geyimi bundan sonra diplomat qadınların geyim formalarının dəyişdirilməsinə rəvac verə bilər.

"İranlı qadın diplomatlar xarici səfərlərdə çadra geyinməlidir. Görünür prezidentin hüquqi məsələlər üzrə müavini (Laya Cüneydi) prinsipləri bu cür pozmaqla, gələcəkdə qadınların diplomatik geyimlərinin bu formada olmasına çalışır",- məqalədə vurğulanıb.

Fotonu təqdim edirik:

Milli.Az