Türkiyədə İŞİD yaraqlılarının kütləvi həbsi

29 Oktyabr 2019 20:19

Türkiyənin Bursa vilayətində "İslam Dövləti" terror təşkilatının 26 üzvü xüsusi əməliyyat zamanı yaxalanıb.

Milli.Az Virtualaz.org-a istinadən bildirir ki, tutulanlar arasında 12 Suriya vətəndaşı var, amma onların adları açıqlanmayıb.

Xatırladaq ki, bir gün əvvəl Ankarada keçirilən xüsusi əməliyyat zamanı da 20 xarici vətəndaş - "İslam Dövləti"nin üzvü tutulmuşdu.

Milli.Az