Pəhləvan siçan və qüdrətli soxulcan yaradıldı - VİDEO

14 Noyabr 2011 10:15
İsveçrənin Lozanna şəhərindəki Federal Politexnik Məktəbin alimləri sınaq və təcrübələr zamanı siçanın genlərini yenidən "sistemləşdirərək" maraqlı nəticəyə nail olublar.
Milli.Az xəbər portalı EPFL-ə istinadən bildirir ki, alimlər bu siçanı "pəhləvan" adlandırıblar.

İş ondadır ki, genetik modifikasiyaya uğramış siçan özündən dəfələrlə ağır yükləri asanlıqla daşıyır, böyük məsafələrə sürətlə qaçır, soyuğa rahatlıqla dözür. Bütün bunlarla bahəm o, adi siçanlar qədər qidalanır.
"Pəhləvan" siçanla yanaşı, alimlər "qüdrətli" soxulcan da yaradıblar.

"Modifikasiyaların heç bir mənfi nəticəsi olmadığından düşünürük ki, həmin mexanizmi insana da tətbiq edə bilərik. Keyfiyyətcə yeni dərman hazırlayandan sonra yaşlı insanların tam əksəriyyətinin məruz qaldıqları əzələ atrofiyasına qalib gəlmək niyyətindəyik", - professor Coan Uiver deyib.

Alimlər supersiçan və meqasoxulcanı yaratmaq üçün yalnız əzələlərin möhkəmliyini təmin edən geni dəyişiblər.
İndi alimlər əzələ qocalmasına qalib gələcək dərman hazırlamağı düşünürlər.

Milli.Az