Nikol Serjin ətrafını budayır: daha bir cinayət işi

29 Oktyabr 2019 19:54

Ermənistan İstintaq Komitəsi Konstitusiya Məhkəməsinin sədri Qrayr Tovmasyana qarşı cinayət işi açıb.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, komitə Tovmasyanın ədliyyə naziri olduğu dönəmdə səlahiyyətlərindən sui-istifadə edərək, İrəvanın mərkəzində bina əldə etdiyini bildirib. Onun işinin artıq Xüsusi İstintaq Komitəsinə verildiyi vurğulanıb.

Qeyd edək ki, Tovmasyana qarşı təqiblər son günlər şiddətlənib. Belə ki, Ermənistanın keçmiş prezidenti Serj Sərkisyanla yaxınlığı ona qarşı təhdidləri gücləndirib.

Milli.Az