İranda universitetdə PARTLAYIŞ: yaralananlar var

29 Oktyabr 2019 14:51

İranın qərbində yerləşən Qərbi Azərbaycan vilayətinin Urmiya rayonunun Kəvələq kəndi ərazisində Tətbiqi Elmlər Universitetinin həyətindəki binalardan birində güclü partlayış olub.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu İranın Qərbi Azərbaycan vilayətinin Urmiya rayonu yanğınsöndürmə və təhlükəsizlik xidmətləri idarəsinin rəisi İbrahim Şad Quşçu deyib.

İ.Ş.Quşçunun sözlərinə görə, bina Urmiya Kənd Təsərrüfatı müəssisələri inkişaf mərkəzinə məxsusdur.

İdarə rəisi əlavə edib ki, hadisə nəticəsində 6 nəfər yaralanıb.

Hadisənin səbəbi araşdırılır.

Milli.Az