Səfər ayı başa çatıb

29 Oktyabr 2019 14:05

Bu gün Səfər ayı başa çatıb.

Milli.Az xəbər verir ki, bu barədə APA-ya Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Fuad Nurullayev məlumat verib. Onun sözlərinə görə, oktyabrın 29-u Zöhr namazından sonra Səfər ayı bitib.

Qeyd edək ki, bu il Məhərrəm ayı sentyabrın 1-də başlayıb, ayın 10-da Aşura günü olub. Sentyabrın 29-da Məhərrəm ayı başa çatıb və Səfər ayı başlayıb.

Milli.Az