Əməliyyat zamanı başqa çıxış yolu olmadığını görüb və xüsusi təyinatlılar onu sağ yaxalamasın deyə üzərində gəzdirdiyi "kamikadze jileti" ilə özünü partladan şəxsin əl-Bağdadi olması təsdiqlənib.
Milli.Az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bir müddət əvvəl Bağdadinin alt paltarı ələ keçirilib. Bu paltardakı DNT-dən ölən şəxsin əl-Bağdadi olması təsdiqlənib.
Məlumata görə, "SDG" casusu xüsusi olaraq təqib etdiyi Bağdadinin alt paltarını ələ keçirdikdən sonra paltardan alınan DNT analizi vasitəsi ilə ölən şəxsin əl-Bağdadi olduğu aşkarlanıb.
Emin
Milli.Az