Novxanıda at çapıb, 5 min manat qazandılar
15 Aprel 2010 09:15
On üç idmançının iştirak etdiyi turnir iki kateqoriya üzrə keçirilib - M* (125-135 sm) və (135-140 sm).
Konkur üzrə M* kateqoriyasında ən yaxşı nəticəni "Concorde" atı ilə Rahib İsmayılov göstərib. Jokey Orxan Cəfərov "Qrom", Əlövsət Əlibalayev isə "Asfa" adlı atları ilə finişə ikinici və üçüncü çatıblar.
Konkur üzrə S* yarışlarında isə ilk üç yeri Rəşad Səmədov (Cindy-Lauper atı ilə), Elmar Abdullayev (Aco's First Boy atı ilə) və Hikmət Musayev (Light Limerick atı ilə) bölüşüblər.
Turnirin ümumi mükafat fondu 5000 manat olub. S* kateqoriyalı yarışmada birinci yer tutan idmançıya 1155 manat, M* yarışında qalibə 495 manat pul mükafatı təqdim olunub.
/AzərTAc/