Meymun dedi, cəza yedi
15 Aprel 2010 06:10
Rəqibinə meymun deyən futbolçu cəzalandırılıb. Belə ki, argentinalı müdafiəçi Matias Manrique oyun zamanı rəqib komandanın futbolçusu Sovanni Espinozaya bir neçə dəfə "meymun" və "get bananını ye" deyib.
Argentina Futbol Federasiyası Manriquenin bu hərəkətini cavabsız qoymayıb. Belə ki, futbolçu irqçi və təhqiramiz ifadələr işlətdiyinə görə 58 oyunluq cəzalanıb.
Manrique qərara etiraz etməyəcəyini bildirib. O, deyib ki, bu sözləri irqçilik səbəbilə işlətməyib və artıq Espinozadan üzr istəyib.
Milli.Az