Gürcüstan Prezidentinin saytına hücum - Saakaşvilinin fotosu fonunda "Mən qayıdacam" yazıldı

28 Oktyabr 2019 17:23

Naməlum şəxslər tərəfindən Gürcüstan Prezidenti Salome Zurabişvilinin rəsmi internet saytına hücum olub.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, saytda Gürcüstanın keçmiş Prezidenti Mixail Saakaşvilinin fotosu peyda olub. Fotonun fonunda isə "Mən qayıdacam" yazılıb. Hücum səbəbindən saytın fəaliyyəti dayandırılıb.

S.Zurabişvilinin KİV-lərlə iş üzrə köməkçisi bildirb ki, hazırda fakt araşdırılır: "Məsələnin araşdırılmasına Təhlükəsizlik Xidməti də cəlb olunub. Çox güman ki, bu, haker hücumudur. Yaxın 1 saat ərzində hər şey aydın olacaq və problem qısa zamanda həll olunacaq".

Qeyd edək ki, Gürcüstan Prezidentinin rəsmi saytı hələ də işləmir.

Milli.Az